Nazirdən bədbin proqnoz: `Vəziyyət bu cür davam etsə...`
14:55 02 İyun 2016
"Dünya bazarında neft qiymətləri 2000-ci illərdən bəri ən aşağı həddə düşüb. Əgər bu proses bir neçə il də davam etsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək".
Bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, neftin ucuzlaşması bir sıra amillərdən asılıdır: "Geosiyasi amillər neftin qiymətinə çox təsir edib. İraq və Liviyada hasilatın səviyyəsi müharibə səbəbindən aşağı düşüb. Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq, qazma və hasilatın səviyyəsi aşağı düşəcək".
Yaranmış vəziyyətin Azərbaycana təsirindən danışan nazir qeyd edib ki, bu proseslərin ölkəmizə təsiri minimumdur. "Azərbaycan neftdən asılılığı azaltmağa çalışırıq və biz buna nail oluruq", - deyə N. Əliyev qeyd edib.(APA)
Femida.az
Oxunub: 1474
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək